Sabah Şamaxı ilə üzüzə

12.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasında çıxış edən Azərbaycanın bir neçə klubu yoxlama oyununda qüvvəsini sınayacaqlar.

QOL.az xəbər verir ki, ilk olaraq "Sabah" və "Şamaxı" klubları üz-üzə gələcək.

 Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 15:00-da start götürəcək. Bu komandaları  Misli Premyer Liqasının son matçında - 18-ci turun oyununda da qarşılaşıblar və "Şamaxı" 3:1 hesabı ilə qalib gəlib.

"Sabah" hazırda 26 xalla 5-ci, "Şamaxı" isə 17 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, "Sabah"ın qış hazırlığında ilk yoxlama matçı olacaq. "Şamaxı" isə ilk sınaq oyununda "Zirə"yə uduzub - 1:3.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью