Sabah Şamaxı ilə üzüzə
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Misli Premyer Liqasında çıxış edən Azərbaycanın bir neçə klubu yoxlama oyununda qüvvəsini sınayacaqlar.
QOL.az xəbər verir ki, ilk olaraq "Sabah" və "Şamaxı" klubları üz-üzə gələcək.
Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 15:00-da start götürəcək. Bu komandaları Misli Premyer Liqasının son matçında - 18-ci turun oyununda da qarşılaşıblar və "Şamaxı" 3:1 hesabı ilə qalib gəlib.
"Sabah" hazırda 26 xalla 5-ci, "Şamaxı" isə 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Sabah"ın qış hazırlığında ilk yoxlama matçı olacaq. "Şamaxı" isə ilk sınaq oyununda "Zirə"yə uduzub - 1:3.
Baxış sayı:90
Bu xəbər 12 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















