Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziya adaları arasında yerləşən Uolles xətti təbiətin görünməz, lakin aşılmaz sərhədidir.
Bu xəttin hər iki tərəfində tamamilə fərqli canlı aləmi formalaşıb və heyvanlar bu sərhədi keçə bilmir.
Qaynarinfo xəbər verir ki, bu anlayışı ilk dəfə Alfred Uolles adlı alim irəli sürüb.
O, gənc yaşlarından səyahət etməyi və dünyanın müxtəlif yerlərində təbiəti öyrənməyi arzulayıb.
14 yaşında muzeydə işləyərək heyvan və bitki nümunələri toplayıb, qazanclarını gələcək ekspedisiyası üçün yığıb.
Arzusu 21 yaşında gerçəkləşdi - Uolles Malayya arxipelaqına səyahət edib və orada 8 il qalıb.
Bu müddətdə o, yüzlərlə yeni növ heyvan və bitki nümunəsi toplayıb.