Sabah yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq Marko Yankoviç

28.01.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq" - Marko Yankoviç

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyun haqda danışıb.

QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib: 

"Sabah yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq. Rəqib komandaya böyük hörmətimiz var. Onlar öz meydanlarında çıxış edirlər, biz isə qonağıq. Buna baxmayaraq, meydanda yaxşı oyun göstərməyə və müsbət nəticə əldə etməyə çalışacağıq

Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir. Burada olduğumuza görə xoşbəxtik".

Qeyd edək ki,  “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-i, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью