Sabah yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq Marko Yankoviç
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyun haqda danışıb.
QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:
"Sabah yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq. Rəqib komandaya böyük hörmətimiz var. Onlar öz meydanlarında çıxış edirlər, biz isə qonağıq. Buna baxmayaraq, meydanda yaxşı oyun göstərməyə və müsbət nəticə əldə etməyə çalışacağıq
Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir. Burada olduğumuza görə xoşbəxtik".
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-i, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 28 Yanvar 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















