Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 25-də saat 13.00-14.00 aralığında Misli premyer-liqasında növbəti, daha dəqiq desək, mövsümün beşinci məşqçi istefası reallaşdı.
Söhbət “Sabah”dan gedir ki, Masazır təmsilçisi Krunoslav Renduliçə qapını göstərdi. Əslində klub rəhbərliyi bu qərar üçün çox gecikdi.
Klub büdcəsinə, heyətinin kəmiyyət və keyfiyyət göstəricilərinə görə ölkə miqyasında ilk “üçlük”dədisə, turnir cədvəlində də ən azı “avrokubok zonası”nda olmalıdı.
Bu, getdikcə qəddarlaşan futbol aləminin əsas tələblərindəndi. Bilindiyi kimi, “Sabah” son 7 turda qələbəyə həsrət qalıb.
“Bayquşlar” belə biabırçı gündədisə və vəziyyətdən çıxış yolu tapmaq istəyirsə, təcrübəli, titullu, müəyyən səviyyədə ünlü baş məşqçiylə anlaşmalı və konkret tələblər əsasında müqavilə imzalamalıdı.
Bəli-bəli, belə düşünürdüm. Amma Renduliçin boş qoyduğu oturacaq hələ soyumamışdı ki, yeni təyinat açıqlandı.
İstefadan təxminən 3 saat sonra. Başqa sözlə, əqrəblər 17.00-ı göstərirdi.