Icma.az
close
up
RU
“Sabah”ı bu qədər tələsməyə vadar edən nə oldu? YAZI

“Sabah”ı bu qədər tələsməyə vadar edən nə oldu? YAZI

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 25-də saat 13.00-14.00 aralığında Misli premyer-liqasında növbəti, daha dəqiq desək, mövsümün beşinci məşqçi istefası reallaşdı. Söhbət “Sabah”dan gedir ki, Masazır təmsilçisi Krunoslav Renduliçə qapını göstərdi. Əslində klub rəhbərliyi bu qərar üçün çox gecikdi. Klub büdcəsinə, heyətinin kəmiyyət və keyfiyyət göstəricilərinə görə ölkə miqyasında ilk “üçlük”dədisə, turnir cədvəlində də ən azı “avrokubok zonası”nda olmalıdı. Bu, getdikcə qəddarlaşan futbol aləminin əsas tələblərindəndi.

Bilindiyi kimi, “Sabah” son 7 turda qələbəyə həsrət qalıb. “Bayquşlar” belə biabırçı gündədisə və vəziyyətdən çıxış yolu tapmaq istəyirsə, təcrübəli, titullu, müəyyən səviyyədə ünlü baş məşqçiylə anlaşmalı və konkret tələblər əsasında müqavilə imzalamalıdı. Bəli-bəli, belə düşünürdüm. Amma Renduliçin boş qoyduğu oturacaq hələ soyumamışdı ki, yeni təyinat açıqlandı. İstefadan təxminən 3 saat sonra. Başqa sözlə, əqrəblər 17.00-ı göstərirdi. Bəli-bəli, “Sabah” müqəddəratını təhvil verəcəyi mütəxəssisi cəmi üç saat ərzində seçdi. Təbii ki, ağla seçimin əvvəlcədən edilməsi ehtimalı gəlir. Amma axı “bayquşlar”ın “Turan Tovuz”la heç-heçə etməsinin üzərindən 20 saat keçməmişdi. Hörmətli “Sabah” rəhbərliyi, deməyin ki, gecə yuxumuza haram qatıb baş məşqçi postuna yeni namizədlə danışıq apardıq. Vallah, belədə təcrübənizə inam azalar. Təbii ki, Vasili Berezutskini aşağılamağa çalışmıram. Sadəcə, gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-19), Rusiyanın ÇSKA (2020-21, 2022), “Krasnodar” (2021-22), həmçinin Çinin “Şanxay Şenxua” (2023-24) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman əlaqələndiricisi olub (2020). Futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. Rusiyanın əsas yığmasında 101 oyun keçirib (5 qol). Axı Berezutskinin baş məşqçi kimi təcrübəsi yoxdu. Bəlkə də seçim qısa müddətdə edilməsə, daha uyğun baş məşqçi tapılardı. Belə deyilmi?
Biz hər ehtimalı nəzərə alıb, “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova bu suallarla müraciət etdik: Krunoslav Renduliçin vəzifəsindən ayrılması haqda qərarla nəticələnən klubdaxili iclas nə vaxt keçirilib? Vasili Berezutskiylə danışıqlara nə vaxt start verilib? Onun qarşısına hansı hədəflər qoyulub?
Klub rəsmisini dinləyək:

“Yeni baş məşqçi ilə hədəflərimiz dəyişməyib. Vasili Berezutskiylə 2,5 illik müqavilə imzaladıq. Əsas məqsəd komandanın oyun planında özünü daha da inkişaf etdirməsi və mövsümü ən yaxşı şəkildə başa vurmasıdı. Qalan suallar isə klubdaxili məsələləri əhatə etdiyi üçün əlavə məlumat verə bilməyəcəm”.


Düzü, “Sabah”ın yeni seçimi azarkeşlərini də məmnun etməyib. Hər halda, təyinatın elanının rəy bölməsində fikrini bölüşənlər məmnun olmadıqlarını bildirir. Bizə isə yalnız bir məsələ maraqlıdı: “Sabah”ı bu qədər tələsməyə vadar edən nə oldu?
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri