“Sabah”ın ev oyunları üçün VIP paket biletlər satışa çıxarıldı

25.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün VIP paket biletlər satışa çıxarılıb.

Klubdan Bakıbaxtı.az-a verilən məlumata görə, bilet sahibləri “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər.

VIP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bildirilib ki, bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.

VIP paket biletin qiyməti 1500 manatdır və 4 qarşılaşmanın hamısına şamil edilir.

Qeyd edək ki, VIP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya Praqa”, “Borussiya Dortmund” və “Barselona” ilə oyunları əhatə edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью