“Sabah”ın ev oyunları üçün VIP paket biletlər satışa çıxarıldı
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün VIP paket biletlər satışa çıxarılıb.
Klubdan Bakıbaxtı.az-a verilən məlumata görə, bilet sahibləri “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər.
VIP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bildirilib ki, bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.
VIP paket biletin qiyməti 1500 manatdır və 4 qarşılaşmanın hamısına şamil edilir.
Qeyd edək ki, VIP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya Praqa”, “Borussiya Dortmund” və “Barselona” ilə oyunları əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Sentyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















