Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Qol vurmaq bizə çətin başa gəlir”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.
22 yaşlı hücumçu asan qollar buraxdıqlarını bildirib: “Oyun çox maraqlı alındı.
Hər iki komanda hücum futbolu oynadığı üçün qapılara 6 top vuruldu.
Qol vurmaq bizə çətin başa gəlir, amma qapımızdan çox asan toplar buraxırıq.
Oyuna baxsaq, “Sumqayıt”ın elə də çox imkanının olmadığını görərik. 3 qolu necə vurdular, bilmirəm”.
Özbək futbolçu öz oyununu dəyərləndirib: “İstərdim ki, qollar vuraraq “Sabah”a qələbə qazandırım. Bu gün 3 xal əldə edə bilmədik.
Fərqlənə bildiyim üçün şadam, amma qələbə qazana bilməməyimiz məni üzür”.