Icma.az
close
up
RU
“Sabah”ın hücumçusu: “Azərbaycan və Özbəkistan klubları eyni səviyyədədir”

“Sabah”ın hücumçusu: “Azərbaycan və Özbəkistan klubları eyni səviyyədədir”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qol vurmaq bizə çətin başa gəlir”.

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.

22 yaşlı hücumçu asan qollar buraxdıqlarını bildirib: “Oyun çox maraqlı alındı. Hər iki komanda hücum futbolu oynadığı üçün qapılara 6 top vuruldu. Qol vurmaq bizə çətin başa gəlir, amma qapımızdan çox asan toplar buraxırıq. Oyuna baxsaq, “Sumqayıt”ın elə də çox imkanının olmadığını görərik. 3 qolu necə vurdular, bilmirəm”.

Özbək futbolçu öz oyununu dəyərləndirib: “İstərdim ki, qollar vuraraq “Sabah”a qələbə qazandırım. Bu gün 3 xal əldə edə bilmədik. Fərqlənə bildiyim üçün şadam, amma qələbə qazana bilməməyimiz məni üzür”.

O, Azərbaycanda oynamağın çətin olduğunu vurğulayıb: “Azərbaycan və Özbəkistan futbolu inkişaf edir, bütün komandalar yaxşı çıxış edirlər. Bəzi nüanslar Özbəkistanda, bəziləri isə burada daha yaxşı ola bilər, amma məncə, hər iki ölkənin klubları eyni səviyyədədir. Kənardan baxdıqda xaricdə oynamaq asan görünə bilər, lakin bu belə deyil”.

Qeyd edək ki, “Sabah” Umarali Raxmonaliyevi qış transfer pəncərəsində Rusiya “Rubin”indən icarəyə götürüb. O, cari mövsüm ərzində meydana çıxdığı 9 oyunda 2 qol vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Mart 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri