“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

03.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibi olan İngiltərənin "Arsenal" klubu futbolçusu Qabriel Martinellini Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına satıb.

AZƏRTAC xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu yeni komandası ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

İddiaya görə, Səudiyyə təmsilçisi bu keçid üçün London klubuna 70 milyon avro təzminat ödəyib. Bu isə "Arsenal"ın tarixində rekord məbləğə oyunçu satışıdır.

Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edirdi. Futbolçu ötən mövsüm "topçular"ın heyətində 53 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью