“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibi olan İngiltərənin "Arsenal" klubu futbolçusu Qabriel Martinellini Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına satıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu yeni komandası ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.
İddiaya görə, Səudiyyə təmsilçisi bu keçid üçün London klubuna 70 milyon avro təzminat ödəyib. Bu isə "Arsenal"ın tarixində rekord məbləğə oyunçu satışıdır.
Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edirdi. Futbolçu ötən mövsüm "topçular"ın heyətində 53 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:Qarabağ ın rəqibi Səudiyyə Ərəbistanı klubunun futbolçusunu istəyir
16 Noyabr 2025 18:50
Qalatasaray ın hücumçusu Səudiyyə Ərəbistanı klubuna doğru
19 Yanvar 2025 15:47
Səudiyyə Ərəbistanı klubuna keçəcək
25 Mart 2025 11:22
“Qarabağ”ın sabiq kapitanı Səudiyyə Ərəbistanı klubuna qoşuldu FOTO
10 Sentyabr 2026 09:11
Portu dan Səudiyyə Ərəbistanı klubuna
01 Fevral 2025 13:38
Baxış sayı:92
Bu xəbər 03 Sentyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















