Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan futbolunda ardıcıl və sistemli inkişaf nümunələri çox azdır.
Zaman-zaman planlı işlər görmək istəyən saysız klublarımız olub.
Lakin bir dönəm başa çatdıqdan sonra həm əsas, həm də uşaq futbolu ilə bağlı layihləri uğursuzluğa düçar olub.
Nəticədə problemlər qabarıq şəkildə özünü biruzə verib. Amma “Sabah” son illərdə göstərdiyi nəticələrlə bu stereotipi dəyişməyə başlayıb.
Təkcə əsas komandanın deyil, aşağı yaş qruplarının da uğurları bu inkişafın təsadüfi olmadığını sübut edir.
Əsas komanda tarixində ilk dəfə Azərbaycan kubokunu qazanaraq klub tarixində yeni səhifə açdı.
Paralel olaraq, akademiya və alt yaş qrupları da böyük nailiyyətlər əldə etdi: əvəzedici heyət mövsümü çempion kimi başa vurdu, U-19 komandası ardıcıl ikinci dəfə ölkə birincisi oldu, U-17 qızlar da iki il dalbadal çempionluğu əldə etdi.
U-15 komandası isə mövsümün sonunda qızıl medallara sahib çıxdı. Qısacası, komanda az qala bütün yaş qruplarında nəticələr verdi.