Icma.az
close
up
RU
“Sabah”ın sistemli yolu

“Sabah”ın sistemli yolu

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan futbolunda ardıcıl və sistemli inkişaf nümunələri çox azdır. Zaman-zaman planlı işlər görmək istəyən saysız klublarımız olub. Lakin bir dönəm başa çatdıqdan sonra həm əsas, həm də uşaq futbolu ilə bağlı layihləri uğursuzluğa düçar olub. Nəticədə problemlər qabarıq şəkildə özünü biruzə verib.

Amma “Sabah” son illərdə göstərdiyi nəticələrlə bu stereotipi dəyişməyə başlayıb. Təkcə əsas komandanın deyil, aşağı yaş qruplarının da uğurları bu inkişafın təsadüfi olmadığını sübut edir.

Əsas komanda tarixində ilk dəfə Azərbaycan kubokunu qazanaraq klub tarixində yeni səhifə açdı. Paralel olaraq, akademiya və alt yaş qrupları da böyük nailiyyətlər əldə etdi: əvəzedici heyət mövsümü çempion kimi başa vurdu, U-19 komandası ardıcıl ikinci dəfə ölkə birincisi oldu, U-17 qızlar da iki il dalbadal çempionluğu əldə etdi. U-15 komandası isə mövsümün sonunda qızıl medallara sahib çıxdı. Qısacası, komanda az qala bütün yaş qruplarında nəticələr verdi.

Düzdür, əsas komandanın cari mövsümkü çıxışı heç də birmənalı qarşılanmır. Heç də hər şey qaydasında getmədi. Ancaq komanda Azərbaycan Kubokunu qazanaraq klub tarixində yeni bir səhifə açdı. Kifayət qədər tənqidlərin olduğu bir mövsüm də belə tarixi nəticə qazanmaq növbəti dəfə irəliyə ümidlə baxmağa imkan yaradır.

Planlı iş mütləq ki, mükafatsız qalmır. Bu baxımdan da klubun arxasında dayanan planlı idarəçilik, sabit strategiya və davamlı inkişafa yönəlmiş yanaşma bu nəticələrin əsas səbəbidir. “Sabah”ın rəhbərliyi illərdir uşaq futboluna və akademiyanın inkişafına ciddi diqqət yetirir. Yalnız nəticəyə deyil, prosesə fokuslanan bu yanaşma klubun gələcəyini möhkəmləndirir. Ona görə də klub rəhbərliyi bu modeli qorumağa və genişləndirməyə səy göstərməlidir. Belə olacağı təqdirdə uğur qaçılmaz olacaq.

İdmanxeber.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 04 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri