Sabiq baş nazir: İran nüvə dövlətinə çevrilməyə yaxındır | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. İsrailin keçmiş baş naziri Ehud Barak hesab edir ki, İran nüvə dövlətinə çevrilməyə yax
Bizimyol.info xəbər verir ki, bunu Barak "Politico"ya müsahibəsində qeyd edib.
“İran faktiki olaraq nüvə dövlətinə çevrilmək ərəfəsindədir”, deyə keçmiş baş nazir bildirib.
Onun sözlərinə görə, nüvə başlığı yaratmaq üçün Tehrana bir neçə gün və ya bir neçə həftə, doqquz aydan bir ilədək vaxt lazımdır.
Keçmiş baş nazir istisna etmir ki, İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı eskalasiyaya və nüvə obyektlərinə zərbə endirməyə cəhd edə bilər.
İndiyə qədər ABŞ prezidenti Co Bayden onu belə bir addımdan çəkindirib.
Barak hesab edir ki, Ağ Evin seçilmiş rəhbəri Donald Tramp da eyni mövqedən çıxış edəcək.
Daha əvvəl məlumat verildiyi kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası bu həftə Qərbin anti-İran qətnaməsini qəbul etməsə, Tehran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını daha da artırmaqdan imtina edə bilər.
Tam oxu
Xəbəri oxu