Icma.az
close
up
RU
Sabiq baş nazir: İran nüvə dövlətinə çevrilməyə yaxındır

Sabiq baş nazir: İran nüvə dövlətinə çevrilməyə yaxındır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İsrailin keçmiş baş naziri Ehud Barak hesab edir ki, İran nüvə dövlətinə çevrilməyə yaxındır.

Bizimyol.info xəbər verir ki, bunu Barak "Politico"ya müsahibəsində qeyd edib.

“İran faktiki olaraq nüvə dövlətinə çevrilmək ərəfəsindədir”, deyə keçmiş baş nazir bildirib. Onun sözlərinə görə, nüvə başlığı yaratmaq üçün Tehrana bir neçə gün və ya bir neçə həftə, doqquz aydan bir ilədək vaxt lazımdır.

Keçmiş baş nazir istisna etmir ki, İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı eskalasiyaya və nüvə obyektlərinə zərbə endirməyə cəhd edə bilər. İndiyə qədər ABŞ prezidenti Co Bayden onu belə bir addımdan çəkindirib. Barak hesab edir ki, Ağ Evin seçilmiş rəhbəri Donald Tramp da eyni mövqedən çıxış edəcək.

Daha əvvəl məlumat verildiyi kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası bu həftə Qərbin anti-İran qətnaməsini qəbul etməsə, Tehran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını daha da artırmaqdan imtina edə bilər. İran artıq zənginləşdirməni dayandırmaq üçün hazırlıq addımları atıb. "Reuters" xəbər verir ki, 60%-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) ehtiyatları avqust ayından bu yana 164,7 kq-dan 182,3 kq-a yüksəlib.

Bundan əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran MAQATE-nin Rəhbərlər Şurasının Tehranın düşmən hesab etdiyi qətnaməni qəbul etməsinə cavab olaraq müvafiq tədbirlər görəcək.

İran ABŞ və Avropa üçlüyünün İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə yanaşmasını düşmənçilik hesab edir. Bu ölkələr İslam Respublikasını MAQATE ilə kifayət qədər əməkdaşlıq etməməkdə ittiham edirlər. Bu ilin iyun ayında onlar agentliyin Rəhbərlər Şurası tərəfindən ölkədən bəyan edilməmiş iki nüvə obyektində “antropogen mənşəli” uranın izlərinin mənşəyinin izah edilməsini və agentlik müfəttişlərinin oraya buraxılmasını tələb edən anti-İran qətnaməsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri