Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı: “Məqsədim kəndə yaxşılıq etmək idi” | Ic…
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədri Həsrət Musayevin yeni qanunsuz əməlləri üzə çıxıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Həsrət Musayev kənd bələdiyyəsinin 2018-ci il tarixli yığıncaqda bələdiyyə sədri seçilib.
Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən o, ümumilikdə 27 ədəd müxtəlif növ və diametrdə ağacların kəsilməsi ilə təbiətə zərər vurub.
Həsrət Musayevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən Həsrət Musayev məhkəmədə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, ağsaqqalların xahişini nəzərə alaraq kənddə qəbiristanlıq hasarının bərpa olunması ilə əlaqədar ağacların budanması fikrinə gəlinib: "Çünki qəbirlərin üzərinə düşən budaqlar onları yararsız hala salırdı.
Ekologiya İdarəsinə müraciət edərək ağacların budanmasına dair rəy aldıq.
Tam oxu
Xəbəri oxu