Icma.az
close
up
RU
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı: “Məqsədim kəndə yaxşılıq etmək idi”

Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı: “Məqsədim kəndə yaxşılıq etmək idi”

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədri Həsrət Musayevin yeni qanunsuz əməlləri üzə çıxıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Həsrət Musayev kənd bələdiyyəsinin 2018-ci il tarixli yığıncaqda bələdiyyə sədri seçilib.

Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən o, ümumilikdə 27 ədəd müxtəlif növ və diametrdə ağacların kəsilməsi ilə təbiətə zərər vurub.

Həsrət Musayevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən Həsrət Musayev məhkəmədə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ağsaqqalların xahişini nəzərə alaraq kənddə qəbiristanlıq hasarının bərpa olunması ilə əlaqədar ağacların budanması fikrinə gəlinib: "Çünki qəbirlərin üzərinə düşən budaqlar onları yararsız hala salırdı. Ekologiya İdarəsinə müraciət edərək ağacların budanmasına dair rəy aldıq. Məqsədimiz kəsilmiş odunu satıb, onun puluna qəbiristanlığın hasarını bərpa etmək idi.

Mənim əsas səhvim bu qərarı bələdiyyə üzvlərinin ümumi yığıncağının razılığı olmadan, yəni təkbaşına qəbul etməyim olub. Bələdiyyə üzvlərinə şifahi formada məlumat versəm də, bu işi protokollaşdırmamışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ağacların kəsilməsi məqsədi ilə Elçin adlı şəxslə əlaqə saxlayıb: "O, ağaclara baxdı, dəstəsi ilə gəlib işi icra etməyə başladı. Mən rəyin bir nüsxəsini Elçinə vermişdim. Arxayın olmuşdum ki, ağacları rəyə uyğun kəsəcək. Səhhətim yaxşı olmadığı üçün axıra qədər işə nəzarət edə bilməmişəm. İşə nəzarəti Nuran adlı kənd sakininə tapşırmışdım.

Bir müddət sonra məlum oldu ki, Elçin ağacları budamaq əvəzinə, dibindən kəsib. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçiriblər, işi dayandırıblar, cinayət işi başlanıb. Kəsilən ağaclar hələ də sahədədir, yağışın altında demək olar ki, məhv olub. Kəsilmiş ağacların əksəriyyəti pöhrə verib. Məqsədim sadəcə kənd üçün yaxşılıq etmək idi”.

Təqsirləndirilən şəxs bildirib ki, Elçindən və ya hər hansı şəxsdən bu məsələ ilə bağlı pul almayıb.

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Həsrət Musayev dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan 1 il 6 ay müddətinə məhrum edilib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Bəhmətli kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Qeyd edək ki, Həsrət Musayev bundan əvvəl Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.

2022-ci ildə Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Həsrət Musayev 2500 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri