Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun”.
“Tanımadığım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə qarşı nə qarayaxmam ola bilər?
Demişəm ki, vətəndaşların 90% müraciətinə AHİK tərəfindən cavab verilmir. Başa düşürəm, onlayn qaydada olduğuna görə müraciətlər artıb.
Ayıb olsun onlara! Ayıb olsun ki, vətəndaşlara cavab vermirlər.
Əksinə, müsahibəmdə dedim ki, ümid edirəm, AHİK-də kadr dəyişikliyi, irəliləyiş olar.
Amma görünür ki, bunlar özləri qara yaxırlar, adlarını isə başqalarına qoyurlar”.Tahir Kərimli AHİK tərəfindən onun barəsində yerli mətbuata verilən açıqlama barədə danışarkən belə deyib.T.Kərimli bildirib ki, ittifaq onun üçün Naftalana verdiyi göndərişdən imtina edəcək: “ Mənim kimi vəzifələrdə işləmiş adamların ailələri on illərdir xaricdə ən bahalı sanatoriyalarda, başqa-başqa yerlərdə kef çəkirlər.
Naftalanda müalicə almağı da mənə çox görürlər? Eybi yoxdur, mən də etiraz olaraq AHİK-in göndərişindən şəxsən imtina etmək qərarına gəlmişə
Və yeni qaydalardan narazı qalan bəzi məmurlar "hamı necə, sən də elə" prinsipini bəyənməyərək Həmkarlar İttifaqları Konfederasiyasının fəal