Icma.az
close
up
RU
Sabiq deputatla AHİK arasında qalmaqal AHİK in əsas işi putyovka paylamaq deyil

Sabiq deputatla AHİK arasında qalmaqal AHİK in əsas işi putyovka paylamaq deyil

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun”. “Tanımadığım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə qarşı nə qarayaxmam ola bilər? Demişəm ki, vətəndaşların 90% müraciətinə AHİK tərəfindən cavab verilmir. Başa düşürəm, onlayn qaydada olduğuna görə müraciətlər artıb. Ayıb olsun onlara! Ayıb olsun ki, vətəndaşlara cavab vermirlər. Əksinə, müsahibəmdə dedim ki, ümid edirəm, AHİK-də kadr dəyişikliyi, irəliləyiş olar. Amma görünür ki, bunlar özləri qara yaxırlar, adlarını isə başqalarına qoyurlar”.
Tahir Kərimli AHİK tərəfindən onun barəsində yerli mətbuata verilən açıqlama barədə danışarkən belə deyib.
T.Kərimli bildirib ki, ittifaq onun üçün Naftalana verdiyi göndərişdən imtina edəcək: “ Mənim kimi vəzifələrdə işləmiş adamların ailələri on illərdir xaricdə ən bahalı sanatoriyalarda, başqa-başqa yerlərdə kef çəkirlər. Naftalanda müalicə almağı da mənə çox görürlər? Eybi yoxdur, mən də etiraz olaraq AHİK-in göndərişindən şəxsən imtina etmək qərarına gəlmişəm”.
“Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş rəhbəri Səttar Möhbalıyevin dövründə rahat yollarla, tapşırıqla və tanışlıqla yollayışlar alıb istirahət mərkəzlərində dincəliblər. Və yeni qaydalardan narazı qalan bəzi məmurlar "hamı necə, sən də elə" prinsipini bəyənməyərək Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə kölgə salmağa, hamı üçün əlçatan olan yeni sistemi tənqid etməyə, qarayaxma kampaniyası aparmağa başlayıblar", - o bildirb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsdiq edilmiş qaydalara görə, Tahir Kərimli yollayışın dəyərinin 15%-ni, həyat yoldaşı isə 50%-ni ödəyib. Yollayışın ümumi dəyəri 2450 manat təşkil edib. Bu yollayışa görə Tahir Kərimli 184, həyat yoldaşı Lətifə Tahirli isə 613 manat vəsait ödəyib.
Hüquqşünas Əkrəm Həsənli “Yeni Müsavat”a açıqlamasında məsələyə aydınlıq gətirib: “Əvvəla, Tahir Kərimli hansı əsasla AHİK-dən göndəriş alıb? O, ümumiyyətlə, həmkarlar ittifaqının üzvüdürmü? Həmkarlar ittifaqları könüllü təşkilatlardır, lakin praktiki olaraq dövlət qurumlarının işçiləri, müəllimlər, tələbələr ora məcburi üzv edilirlər. Üzvlük haqları isə maaş və ya təqaüddən tutulur. İmtiyazlardan isə yalnız üzvlər yararlana bilər. Mən vəkiləm, üzv deyiləm, yəni bu imkanlardan istifadə edə bilmərəm. Bəs Tahir Kərimli hansı həmkarlar ittifaqının üzvüdür? Deputatlar hansı ittifaqa daxildirlər? Milli Məclisin deputatları üçün ayrıca həmkarlar ittifaqı varmı? Əgər bu cür yanaşsaq, o zaman 125 nəfərlik yeni bir həmkarlar ittifaqı yaranmış olur ki, bu da tamamilə absurddur. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində deputatların həmkarlar ittifaqı olmur. Çünki bu qurumlar işçilərin əmək hüquqlarının müdafiəsi üçün yaradılır. Deputatlar isə işçi statusunda deyillər.
Lap fərz edək ki, belə bir ittifaq var. Amma Tahir Kərimli həm deputat deyil, həm də hər hansı həmkarlar ittifaqının üzvü deyil. Belə olan halda, o, hansı əsasla bu imtiyazlardan yararlana bilir?
Üzvlərin sayı və maliyyə imkanlarına gəlincə, bu pullar ittifaq üzvlərindən toplanır, həmin pullarla təşkilatın rəhbərliyi, əməkdaşları əməkhaqqı alır, binalar saxlanılır, ezamiyyət xərcləri qarşılanır. Yerdə qalan vəsait isə üzvlərə yönəlməlidir. Üzvlərin sayı isə on minlərlədir. Bu qədər insana maddi imkan çatmır. Hər il eyni şəxslərə güzəştli göndəriş verilməsi isə ədalətsizlik yaradır. Əgər bölgü şəffaf aparılsa, insan ömrü boyu bu imkandan bir, uzağı iki dəfə yararlana bilər. Məsələn, maaşı 1000 manat olan şəxs ayda 20 manat, ildə 240 manat ödəyir. Bu məbləğlə istirahət putyovkası almaq mümkündürmü? Təbii ki, yox. Hələ maaşı min manatdan az olanlar da var. Deməli, real vəziyyətdə bu yardımlardan çox az adam faydalana bilər. Lakin Səttar Mehbalıyevin dövründə eyni şəxslər - o cümlədən Tahir Kərimli - hər il bu imtiyazlardan istifadə edirdilər. Üstəlik, çox sərfəli şərtlərlə".
Ə.Həsənovun fikrincə, görünən odur ki, yeni rəhbərlik bu praktikanı dəyişmək istəyir: “Artıq əvvəlki illərdə göndərilənlərə üstünlük verilmir. Maddi vəsait məhdud olduğu üçün bu da başadüşüləndir. Hətta belə qərar qəbul olunub ki, putyovkaların AHİK tərəfindən qarşılanan hissəsi azaldılsın ki, daha çox insan bu imkanlardan yararlana bilsin. Məsələn, əvvəl putyovkanın 2000 manatı varsa, bunun 1500-nü AHİK ödəyirdi, 500-ünü vətəndaş. İndi isə deyilir ki, 1000-i AHİK, 1000-i vətəndaş versin. Beləliklə, daha çox üzv faydalana bilər. Məncə, bu ədalətli yanaşmadır. Çünki bu günə qədər minlərlə dövlət qulluqçusu, müəllim, sadə işçi heç bir dəfə də putyovka ala bilməyib, ya da çox cüzi imkanlardan faydalanıb.
Əslində isə AHİK-in məqsədi putyovka paylamaq deyil. Onun əsas vəzifəsi əmək hüquqlarını, sosial müdafiə məsələlərini qorumaqdır. Amma bu günə qədər bu sahədə ciddi təşəbbüs, hüquqi mövqe, müdafiə mexanizmi görməmişik. Təəssüf ki, təşkilat bu funksiyasını yerinə yetirməyib".
Qeyd edək ki, son günlər yollayışlar üçün yaradılan “e-ahik.az” elektron platforması ilə bağlı narazılıq edənlər var. Qeyd edilir ki, müraciət etsələr də imtinalar gəlib. Ekspertlərə görə, prosesin elektronlaşması bu sahədə şəffaflığın artırılması məqsədi daşıyır. Bununla bərabər saytın tam təkmilləşdirməmiş istifadəyə verilməsi insanlarda çaşqınlıq yaradıb".
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli isə təklif edir ki, özəl sektorda çalışan bəzi əməkdaşlara da yollayışlardan yararlanmaq imkanı verilməlidir.
“İndiyə qədər bu mümkün olmayıb, amma heç olmasa, bundan sonra olsun. Məsələn, QHT sektorunda çalışanlar var ki, həmkarlar ittifaqına üzvlük haqqı ödəyirlər, lakin bu imkanlardan istifadə etməyiblər. Eyni zamanda təqaüdçülərin də bu xidmətlərdən yararlanmasını asanlaşdırmaq lazımdır. Bunun üçün qaynar xətt xidmətinə daha geniş kanallar vasitəsilə əlçatanlıq təmin olunmalıdır. Çünki yaşlı insanlar onlayn qeydiyyat və digər texniki prosedurlarda çətinlik çəkirlər”.
Qeyd edək ki, məsələ ilə bağlı AHİK-in mətbuat xidmətinə də müraciət etmişik, cavab verilərsə, yayımlanacaq.
Reyting.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri