Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Dövlət statistika komitəsi yanvar ayının iqtisadi inkişaf nəticələrini elan etmişdir.
Ürək açan bir nəticə yoxdur." Moderator.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, professor Saleh Məmmədov 2025-ci ilin yanvar ayının iqtisadi gostəricilərindən danışarkən deyib.
Onun sözlərinə görə, əsas iqtisadi inkişaf göstəricilərin, demək olar ki, hamısında gerilik var: "Bu gerilik həm nəzərdə tutulan faktlar üzrə və həm də keçən dövrun göstəricilərinə görə nəzərə çarpır.
Ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə hökumətin proqnoz göstəricisinə görə 4% geriləmə var, keçən ilin müvafiq dövrünə nisbətən 1% düşmə qeyd edilmişdir.
Bu da o qədər təhlükəli meyl deyil, yəni müvəqqəti artım da ola bilər, azalma da, sağlam iqtisadi sistem olarsa bunu qısa zaman ərzində aradan qaldırmaq olar.
Daha təhlükəli meyllər iqtisadiyyatı daha dərin böhrana sürükləyir və qarşısı alınmaz problemlər ortaya çıxara bilər: Təmiz istehlakçı cəmiyyət qurulur və bütün cəhdlər istehlak tələbinin ödənilməsinə yönəldilir.
Yaradıcılıq parametrləri sıfır vəziyyətinə endirilmişdir. Yanvar ayı bu meylin ciddi gücləndirilməsini göstərir.