Icma.az
close
up
RU
Sabiq maliyyə nazirindən həyəcan təbili: “Ürək açan bir nəticə yoxdur“

Sabiq maliyyə nazirindən həyəcan təbili: “Ürək açan bir nəticə yoxdur“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dövlət statistika komitəsi yanvar ayının iqtisadi inkişaf nəticələrini elan etmişdir. Ürək açan bir nəticə yoxdur."

Moderator.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, professor Saleh Məmmədov 2025-ci ilin yanvar ayının iqtisadi gostəricilərindən danışarkən deyib.

Onun sözlərinə görə, əsas iqtisadi inkişaf göstəricilərin, demək olar ki, hamısında gerilik var:

"Bu gerilik həm nəzərdə tutulan faktlar üzrə və həm də keçən dövrun göstəricilərinə görə nəzərə çarpır. Ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə hökumətin proqnoz göstəricisinə görə 4% geriləmə var, keçən ilin müvafiq dövrünə nisbətən 1% düşmə qeyd edilmişdir. 

Bu da o qədər təhlükəli meyl deyil, yəni müvəqqəti artım da ola bilər, azalma da, sağlam iqtisadi sistem olarsa bunu qısa zaman ərzində aradan qaldırmaq olar. Daha təhlükəli meyllər iqtisadiyyatı daha dərin böhrana sürükləyir və qarşısı alınmaz problemlər ortaya çıxara bilər:

Təmiz istehlakçı cəmiyyət qurulur və bütün cəhdlər istehlak tələbinin ödənilməsinə yönəldilir. Yaradıcılıq parametrləri sıfır vəziyyətinə endirilmişdir. Yanvar ayı bu meylin ciddi gücləndirilməsini göstərir. Yaradıcılıq əsasən əsas kapitala investisiyaların və elmi-texnoloji investisiyaların artırılması hesabına Nail oluna bilər. Hər iki göstərici sürətlə azalmaqda davam edir. Yanvar ayında əsas kapitala investisiyalar 50% azalmışdı, onların ÜDM -da payı isə Azərbaycan tarixində görünməmiş səviyyəyə 8,3%-ə düşmüşdur. Bu rəqəm Əfqanıstanda 17%, Gürcüstanda 32, Ermənistanda 33%-dir. Ayrılan vəsaitlər də əsasən istehlak xarakterli (mənzil tikintisi, infrastruktur və s.) obyektlərin qurulmasına yönəldilmişdir. 2024-cu ildə elm və inkişaf xərcləri 1980-ci ilin analoji göstəricisindən 4 dəfə azdır. Kəskin investisiya qıtlığı büdcədə 1,7 milyard büdcə artıqlığı şəraitində baş verir. Problem vəsait çatışmazlığında deyil, sistemin qurulmasındadı. Bu da daha bir meylin baş verməsini göstərir.

Bu meyl dövlətin iqtisadiyyata lüzumsuz müdaxiləsindən və kəskin dövlət inhisarın formalaşmasından gedir. Son dövrlər bu meyl xeyli güclənmişdir. Bud əmin gəlirləri və xərcləri müvafiq olaraq 116 və 136% artmışdır, vergi mənbəyi 1% azalmışdı. Özəl sektorun əlində hətta qəpik-quruş qalmayıb ki, yenidən investisiya etsin və yeni vergi obyekti yaratsın. Əsas məsələlərin tənzimlənməsi 90%-i dövlətin əlində (maliyyə, bank, valyuta, qiymətqoyma, tenderlər və s.) cəmlənmişdir ki, bu da bütün digər dövlətlərdə olduğu kimi korrupsiyanın, rusvətin, çiçəklənməsinə, pul resurslarının səmərəsiz istifadə olunmasına gətirib çıxarır. Şəxslərin əlində qalan pul dövlətin sərəncamına keçən puldan 3-4 dəfə  daha güclüdür, daha səmərəlidir və daha böyük nəticə verir. Bu yalnız Azərbaycanda deyil, butyolmərdə belədir.

Daha bir təhlükəli meyl, xarici sektorun inkişafının da istehlakciliq siyasətinə yönəlməlidir. İdxal sürətlə artır, ixrac azalır.2024-cu ildə ixrac 10% azalmis, idxal isə 22% artmisdir. İxracın 96-97%-i xammal, idxalın bir o qədəri istehlak yönümlü mallardır. İxrac məhsullarının həcmi sürətlə düşməkdə davam edir. İdxala ehtiyac artır. Bir neçə ay əvvəl iqtisadiyyatın dərin islahatlara ehtiyacı olduğunu zəruri hesab etmişdir, 15 ən təcili tədbirlər haqqında hökumətə məlumat vermişdim. Bu prosesin mənbəyi proqnozlaran gəlir. O vaxt belə nəticələr gözlənilirdi. Hesab edirəm ciddi islahatlar həyata keçirmək çox zəruridir.Bu islahatları həyata keçirmək, iki rəqəmli artım səviyyəsinə nail olmaq üçün bu ölkədə hər cür imkan və şərait var. Sadəcə bu ölkənin iqtisadiyyatını xaosdan xilas etmək lazımdır."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri