Sabiq nazir: “35 40 faizlə kredit verilməsi biabırçılıqdır” | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. “Bank olmayan kredit təşkilatları (BOKT) normal bank kimi fəaliyyət göstərmir.
Nəticə isə acınacaqlıdır”. Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cümhuriyət”-ə açıqlamasında deyib.
O bildirib ki, sözügedən təşkilatlar insanları incidir: “Normal bankdan kredit götürə bilməyən insanların üzünə bank olmayan kredit təşkilatlarının qapıları həmişə açıq olur.
Çünki özlərinə sərf edən şərtlər müəyyən edirlər. Onlar çox yüksək faizlə vətəndaşlara kredit verirlər.
Bəzən 30, 35 və ya 40 faizlə belə kreditə pul verirlər. Hətta mən bank olmayan kredit təşkilatından 48 faizlə kredit götürən insan görmüşəm”
Ekspert qeyd edib ki, bəzi vətəndaşların iqtisadi bilgisi olmadığı üçün sözügedən təşkilatlara müraciət edirlər: “Hansısa problemini həll et
Yəni bəzən elə bir vəziyyət yaranır ki, insan şərtlərin ağırlığına dözə bilmir və kredit götürməyə məcbur qalır.
Məsələn, 50 min manat kredit götürürsə, 150 min manatlıq evini girov qoyur. Girovun məbləği kreditdən 3 dəfə daha çox olur.
Tam oxu
Xəbəri oxu