Icma.az
close
up
RU
Sabiq nazir: “35 40 faizlə kredit verilməsi biabırçılıqdır”

Sabiq nazir: “35 40 faizlə kredit verilməsi biabırçılıqdır”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Bank olmayan kredit təşkilatları (BOKT) normal bank kimi fəaliyyət göstərmir. 

Nəticə isə acınacaqlıdır”. Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, sözügedən təşkilatlar insanları incidir:

“Normal bankdan kredit götürə bilməyən insanların üzünə bank olmayan kredit təşkilatlarının qapıları həmişə açıq olur. 

Çünki özlərinə sərf edən şərtlər müəyyən edirlər. Onlar çox yüksək faizlə vətəndaşlara kredit verirlər. Bəzən 30, 35 və ya 40 faizlə belə kreditə pul verirlər. Hətta mən bank olmayan kredit təşkilatından 48 faizlə kredit götürən insan görmüşəm”. 

Ekspert qeyd edib ki, bəzi vətəndaşların iqtisadi bilgisi olmadığı üçün sözügedən təşkilatlara müraciət edirlər: 

“Hansısa problemini həll etmək üçün pula ehtiyacı olan insanlar məcbur qalaraq bank olmayan kredit təşkilatlarına üz tuturlar. Yəni bəzən elə bir vəziyyət yaranır ki, insan şərtlərin ağırlığına dözə bilmir və kredit götürməyə məcbur qalır. 

Məsələn, 50 min manat kredit götürürsə, 150 min manatlıq evini girov qoyur. Girovun məbləği kreditdən 3 dəfə daha çox olur. Nəticə etibarilə, faiz həddindən artıq dərəcədə yüksək olduğu üçün onu ödəyə bilmir. Sadəcə olaraq vətəndaş müqaviləni imzalayanda içində olduğu problemə görə bunu anlamır. Kredit verildiyi andan o pulun ödənilə bilməyəcəyi bəlli olur”. 

Fikrət Yusifov qanunvericilikdə bəzi dəyişikliklər  təklif edib: 

“Bank olmayan kredit təşkilatı həmin vətəndaşları məhkəməyə verərək əmlakını əlindən alır. Təəssüf  ki, qanunvericilik də buna yol verir. Əgər vətəndaş kreditini qaytara bilmirsə, qanunlara əsasən, 1 mənzili belə olsa, satmalıdır. 

Lakin Rusiyada bu məsələ başqa cürdür. Məsələn, vətəndaşın 1 mənzili varsa, bank onu kreditin qarşılığı olaraq ala bilməz. Rusiyadakı hüquq buna yol vermir. Düşünürəm ki, bunu ölkəmizdə də etmək lazımdır. Onda bank olmayan kredit təşkilatları vətəndaşlara qarşı belə oyunlar qura bilməzlər. Vətəndaşın evini əlindən ala bilməyəcəyini bilsə, normal şərtlər daxilində kredit verər. Bu gün kimin əlində nə varsa, girov qoyaraq kredit götürür. Belə halların çox olması eybəcər vəziyyət yaradır”. 

Professor vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən hüquqi aktlarda ciddi dəyişikliklər edilməlidir: 

“Dövlət tərəfindən onların fəaliyyəti ilə bağlı tələblər sərtləşdirilməlidir. Hətta müəyyən faiz limitləri də tətbiq oluna bilər. Sərhədlərin olmaması bank olmayan kredit təşkilatlarının əl-qolunu açır və istədiklərini edirlər. 

Sözügedən təşkilatlar əsasən Mərkəzi Bankdan aldıqları lisenziya əsasında fəaliyyət göstərirlər. Mərkəzi Bank banklar üçün müəyyən aşağı-yuxarı hədlər müəyyən etdiyi kimi, onlar üçün də bənzər addımlar atılmalıdır. Üstəlik, bunu daha sərt çərçivələrdə etmək lazımdır ki, belə özbaşınalıq olmasın. Ümumiyyətlə, 35-40 faizlə kreditin verilməsi biabırçılıqdır”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri