Sabiq nazirin əmlakı bölüşdürülür

24.11.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az-ın xəbərinə görə, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcək.

Yığıncaqda həmçinin şirkətin dövriyyədə olan səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi məsələsi də müzakirə ediləcək. 

Xatırladaq ki, şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

Qeyd edək ki, “Mingəçevir Texniki Rezin” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskərov Əskər Hüseyn oğludur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda “Mingəçevir Texniki Rezin” ASC-nin vaxtilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd olunur. 

2001-2005-ci illərdə nazir kimi fəaliyyət göstərən F. Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb. 

Könül Vəliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью