Sabiq nazirin əmlakı bölüşdürülür
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcək.
Yığıncaqda həmçinin şirkətin dövriyyədə olan səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi məsələsi də müzakirə ediləcək.
Xatırladaq ki, şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.
Qeyd edək ki, “Mingəçevir Texniki Rezin” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskərov Əskər Hüseyn oğludur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.
Mətbuatda “Mingəçevir Texniki Rezin” ASC-nin vaxtilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd olunur.
2001-2005-ci illərdə nazir kimi fəaliyyət göstərən F. Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Noyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















