Qafqazinfo saytına istinadən Icma.az xəbər verir. Sabirabadın Surra kənd sakini, Vətən müharibəsi iştirakçısı 1997-ci il təvəllüdlü Mamedzad
“Qafqazinfo” xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti həmin müharibə iştirakçısı ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, R.Mamedzadə Vətən müharibəsinin iştirakçısı olmasından sui-istifadə edərək 2024-cü ilin sentyabr ayında Surra kəndinin ərazisində, Sabirabad-Padar avtomobil yolunun mühafizə zolağında, Sabirabad və Saatlı rayonlarını içməli su ilə təmin edən magistral su kəmərinin üzərində 252 kv.metr sahədə qeyri-qanuni ticarət obyektinin tikintisinə başlayıb: “Qeyri-qanuni tikinti ilə əlaqədar RİH tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 23.09.2024-cü il tarixli 0859 nömrəli qərarı ilə qeyri-qanuni tikinti işləri dayandırılıb.
Verilən məlumata görə, R.Mamedzadə həmin ərazini Sabirabad şəhər sakininə 20 min manata satıb və tikinti işləri dayandırıldığından həmin şəxs ondan pullarını tələb edib.
Məlumat üçün bildiririk ki, Ruhin Mamedzadəyə RİH-nin təşəbbüsü ilə 0,24 ha həyətyanı torpaq sahəsi verilib, 1,0 ha əkinəyararlı torpaq sahəsi ayrılıb.
Lakin R.Mamedzadə heç bir səbəb göstərmədən əkinəyararlı torpaq sahəsindən imtina edib.
RİH tərəfindən R.Mamedzadəyə müxtəlif vaxtlarda kifayət qədər maddi yardım da edilib, 2022-ci ildə isə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodlarından birində işlə təmin olunub.
Lakin 6 ay işlədikdən sonra işə gəlmədən əməkhaqqı almaq tələbi irəli sürüb, buna razılıq verilmədiyindən işdən çıxıb”.