Icma.az
close
up
RU
Sabirabad RİH dən özünü yandıran müharibə iştirakçısı ilə bağlı Açıqlama

Sabirabad RİH dən özünü yandıran müharibə iştirakçısı ilə bağlı Açıqlama

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Sabirabadın Surra kənd sakini, Vətən müharibəsi iştirakçısı 1997-ci il təvəllüdlü Mamedzadə Ruhin İnqilab oğlu aprelin 15-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandırmağa və intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti həmin müharibə iştirakçısı ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, R.Mamedzadə Vətən müharibəsinin iştirakçısı olmasından sui-istifadə edərək 2024-cü ilin sentyabr ayında Surra kəndinin ərazisində, Sabirabad-Padar avtomobil yolunun mühafizə zolağında, Sabirabad və Saatlı rayonlarını içməli su ilə təmin edən magistral su kəmərinin üzərində 252 kv.metr sahədə qeyri-qanuni ticarət obyektinin tikintisinə başlayıb: “Qeyri-qanuni tikinti ilə əlaqədar RİH tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 23.09.2024-cü il tarixli 0859 nömrəli qərarı ilə qeyri-qanuni tikinti işləri dayandırılıb. Verilən məlumata görə, R.Mamedzadə həmin ərazini Sabirabad şəhər sakininə 20 min manata satıb və tikinti işləri dayandırıldığından həmin şəxs ondan pullarını tələb edib.

Məlumat üçün bildiririk ki, Ruhin Mamedzadəyə RİH-nin təşəbbüsü ilə 0,24 ha həyətyanı torpaq sahəsi verilib, 1,0 ha əkinəyararlı torpaq sahəsi ayrılıb. Lakin R.Mamedzadə heç bir səbəb göstərmədən əkinəyararlı torpaq sahəsindən imtina edib. RİH tərəfindən R.Mamedzadəyə müxtəlif vaxtlarda kifayət qədər maddi yardım da edilib, 2022-ci ildə isə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodlarından birində işlə təmin olunub. Lakin 6 ay işlədikdən sonra işə gəlmədən əməkhaqqı almaq tələbi irəli sürüb, buna razılıq verilmədiyindən işdən çıxıb”.

Rəsmi məlumatda qeyd edilib ki, 2023-cü ildə R.Mamedzadə özünəməşğulluq proqramı çərçivəsində ona verilmiş 3 baş iri buynuzlu mal-qaranı və yemi satıb: “Sonradan guya mal-qaranın tələf olduğunu iddia etsə də, bununla bağlı heç bir sübut və rəsmi sənəd təqdim edə bilməyib.

R.Mamedzadə işlə təmin olunması ilə bağlı nə rayon İcra Hakimiyyətinə, nə də məşğulluq orqanlarına müraciət edib, baxmayaraq ki, mal-qaranı satdığı üçün o, işsiz kimi qeydiyyata alınmayıb. R.Məmmədzadənin qeyri-qanuni tikinti aparması üçün anasının adına 15 min manat kredit götürməsi faktı da təsdiqini tapmayıb. Belə ki, rəsmi sənədlərə əsasən, müəllimə işləyən anasının adına iddia etdiyi kimi 15 min manat kredit götürülməyib.

Təəssüf hissi ilə qeyd edirik ki, göstərilən diqqət və qayğıya baxmayaraq R.Mamedzadə hələ də öz şəxsi mənafeyi naminə “Müharibə iştirakçısı” adına layiq olmayan hərəkətlər etməkdə davam edir. Belə hərəkətlərinə və digər əməllərinə görə Ruhin Mamedzadə rayonda və xüsusən də yaşadığı kənddə insanlar tərəfindən özünü normal idarə etməyən kimi xarakterizə olunur.

Ümumiyyətlə, Sabirabad Rayon İcra Hakimiyyətində digər rayonlarda olduğu kimi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətinə həssaslıqla yanaşılır. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri