Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb

03.06.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabad, 3 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobil üstünə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 19 radələrində Sabirabad şəhəri ərazisində hava şəraiti güclü küləklə müşahidə edilib. Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью