Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabirabad, 3 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobil üstünə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 19 radələrində Sabirabad şəhəri ərazisində hava şəraiti güclü küləklə müşahidə edilib. Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.
Bu mövzuda digər xəbərlər:Lənkəranda külək irigövdəli ağacı avtomobilin üstünə aşırıb FOTOLAR
08 Sentyabr 2026 11:13
Xaçmazda güclü külək ağacı yaşayış evinin üstünə aşırıb VİDEO
21 May 2025 17:38
“Qıçını qıçının üstünə aşırıb oturmaq…”
22 Mart 2025 21:56
Güclü külək tikilinin damını maşının üzərinə aşırdı
03 İyun 2025 20:56
Sabirabadda avtomobilin vurduğu piyada öldü
05 İyul 2026 17:17
Baxış sayı:197
Bu xəbər 03 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















