Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, fevralın 22-23-də Sabunçuda 15 nəfər içkidən zəhərlənərək ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakupost.az -a bildirib ki, texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə istifadə olunur.
Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyyə olunur.
Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.
Amma texniki spirt ucuz olduğundan saxta spirtli içkilərin istehsalı zamanı tez-tez istifadə olunur: “Saxta içkilərin hazırlanmasında etil spirtindən istifadə edilir.
Hətta metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur.