Icma.az
close
up
RU
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? Açıqlama

Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? Açıqlama

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, fevralın 22-23-də Sabunçuda 15 nəfər içkidən zəhərlənərək ölüb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakupost.az -a bildirib ki, texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə istifadə olunur. Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Amma texniki spirt ucuz olduğundan saxta spirtli içkilərin istehsalı zamanı tez-tez istifadə olunur:


“Saxta içkilərin hazırlanmasında etil spirtindən istifadə edilir. Hətta metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Belə spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Texniki spirt güclü zəhərdir və onun istehlakı ağır zəhərlənmə, əlillik və ölümə səbəb olur. Daxilə qəbul zamanı texniki spirt bütün orqan və sistemləri sıradan çıxardır. Zəhərlənmənin baş verməsi üçün 10-15 ml kifayətdir, 30 ml ölümə səbəb olur. Etil spirtindən zəhərlənmə çox tez inkişaf edir. İlkin simptomları baş ağrısı, ürəkbulanması, qusma, görmənin pozulması, dərinin göyərməsi, nəfəsalmanın çətinləşməsi, qıcolmadır. Zəhərlənmənin ilk simptomlarında xəstəni dərhal xəstəxanaya çatdırmaq lazımdır. Təcili həkim müdaxiləsi zamanı zəhərlənən şəxsin həyatını xilas etmək mümkün olur. Ancaq zəhərlənmə gec aşkar olunduqda 2-3 saat ərzində ölümə səbəb olur. Xəstə koma halında olanda ölüm 1-2- gündən sonra baş verir”.

Azad İstahlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, standartlara uyğun olmayan şəraitdə, tərkibində etil spirti olan belə keyfiyyətsiz alkaqollu içkilərin əmtəə bazarında satışı insanların sağlamlığını təhlükə qarşısında qoyur:


“Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri etil spirti ilə hazırlayırlar. Bu da zəhərlənməyə səbəb olur. Çünki bu spirt antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni etil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Etil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Etil spirti bədəndə metobolizm nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər".

E.Hüseynov onu da qeyd edib ki, harada, necə istehsal olunduğu bilinməyən içkilər insanı zəhərləyə, tədricən kor edə bilər:

"Çünki spirtli içkilərin, xüsusən də arağın tərkibində sivuş yağları olur, bu da korluğa səbəb ola bilər. Spirtli içki alan zaman aksiz markasına diqqət edilməlidir. Son istifadə tarixinin qeyd olunduğu məhsulları almaq lazımdır. Bu işdə də ictimai nəzarət olmalıdır. Saxta spirtli içki istehsalı kimlərinsə gözü qarşısında baş verir, bundan xəbəri olan insanlar var. Onlar aidiyyəti orqanlara məlumat verməlidirlər. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidir".

Sevinc,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri