Saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi

06.07.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aktrisa Ülviyyə Əliyeva məktəb illərində yaşadığı xoşagəlməz xatirəsini izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, aktrisa məktəb illərində yanaqlarının təbii olaraq qıpqırmızı olmasına görə riyaziyyat müəllimi tərəfindən yanlış anlaşıldığını bildirib. O qeyd edib ki, bu, müəllimin ona qarşı kobud davranışına səbəb olub:

"Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi. 

Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью