Saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aktrisa Ülviyyə Əliyeva məktəb illərində yaşadığı xoşagəlməz xatirəsini izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, aktrisa məktəb illərində yanaqlarının təbii olaraq qıpqırmızı olmasına görə riyaziyyat müəllimi tərəfindən yanlış anlaşıldığını bildirib. O qeyd edib ki, bu, müəllimin ona qarşı kobud davranışına səbəb olub:
"Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi.
Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 06 İyul 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















