Icma.az, Redaktor.az portalına istinadən məlumat verir. Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə dəri xərçəngi (xüsu
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Cell Biology” jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, orqanizmdə piqment, yəni melanin istehsal edən hüceyrələr DNT zədələnməsi zamanı fərqli reaksiyalar göstərə bilər.
Bəzi hüceyrələr məhv olur və nəticədə saçlar ağarır, digərləri isə fəaliyyətini davam etdirir, lakin bu hal melanoma riskini artırır.
Eksperimentlər siçanlar üzərində aparılıb. Məlum olub ki, DNT-nin ikiqat zəncirinin qırılması zamanı melanositlərin (piqment hüceyrələrinin)
Bu proses onların tükənməsinə və nəticədə saçların ağarmasına səbəb olur.
Eyni zamanda bu, orqanizmi xərçəngdən qoruyur, çünki zədələnmiş hüceyrələr bölünməni dayandırır.
Lakin orqanizmə kanserogenlərin təsiri zamanı bu müdafiə mexanizmi pozulur: diferensiasiya prosesi dayanır və kök hüceyrələr zədələnmiş DNT-yə baxmayaraq bölünməyə davam edir.