Icma.az
close
up
RU
Saçların ağarması ilə dəri xərçəngi riski arasında əlaqə aşkar EDİLİB

Saçların ağarması ilə dəri xərçəngi riski arasında əlaqə aşkar EDİLİB

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə dəri xərçəngi (xüsusilə melanoma) riski arasında bioloji əlaqə olduğunu müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Cell Biology” jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, orqanizmdə piqment, yəni melanin istehsal edən hüceyrələr DNT zədələnməsi zamanı fərqli reaksiyalar göstərə bilər. Bəzi hüceyrələr məhv olur və nəticədə saçlar ağarır, digərləri isə fəaliyyətini davam etdirir, lakin bu hal melanoma riskini artırır.

Eksperimentlər siçanlar üzərində aparılıb. Məlum olub ki, DNT-nin ikiqat zəncirinin qırılması zamanı melanositlərin (piqment hüceyrələrinin) kök hüceyrələri “differensiasiya ilə bağlı qocalma” adlanan prosesi işə salır. Bu proses onların tükənməsinə və nəticədə saçların ağarmasına səbəb olur. Eyni zamanda bu, orqanizmi xərçəngdən qoruyur, çünki zədələnmiş hüceyrələr bölünməni dayandırır.

Lakin orqanizmə kanserogenlərin təsiri zamanı bu müdafiə mexanizmi pozulur: diferensiasiya prosesi dayanır və kök hüceyrələr zədələnmiş DNT-yə baxmayaraq bölünməyə davam edir. Nəticədə mutasiyalar toplanır və şişlər formalaşır.

Tədqiqatın rəhbəri, professor Nisimuranın sözlərinə görə, “eyni kök hüceyrə qrupu stressin növündən və ətraf mühit siqnallarından asılı olaraq ya məhv ola, ya da həddindən artıq çoxala bilər.”

Alimlər vurğulayırlar ki, saçların ağarması birbaşa xərçəngdən qoruma təsiri göstərmir, lakin bu, orqanizmdə hüceyrə səviyyəsində gedən proseslərin qocalma və bədxassəli dəyişiklik riski arasındakı tarazlığın göstəricisidir.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri