Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İnzibati Xətalar Məcəlləsinin 189-2-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi məsuliyyətə səbəb olur”.
Bu sözləri "Yeni Sabah"a vəkil Emil Aslanov deyib. O, Zərdabda 17 yaşlı qızla 32 yaşlı oğlanın toy məclisinə polisin müdaxiləsini izah edib:
189-2.1.-də deyilir: İctimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mə
Daha sonra 189-2.2. Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
Bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür".
Vəkil əlavə edib ki, qanunericiliyinə əsasən nikah yaşı 18, istisna hallarda isə 17 yaşdır.
Bundan başqa, qanunverilikdə belə bir qayda var ki, 16 yaşı tamam olmuş şəxslər zorakılıq yoxdursa, şəxsin razılığı daxilində tərəflər cinsi münasibətə daxil ola bilər”.