Icma.az
close
up
RU
Şadlıq evləri bəy və gəlindən nikah sənədi tələb etməlidirmi? Erkən evliliyin cibə ziyanı

Şadlıq evləri bəy və gəlindən nikah sənədi tələb etməlidirmi? Erkən evliliyin cibə ziyanı

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnzibati Xətalar Məcəlləsinin 189-2-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi məsuliyyətə səbəb olur”.

Bu sözləri "Yeni Sabah"a vəkil Emil Aslanov deyib.

O, Zərdabda 17 yaşlı qızla 32 yaşlı oğlanın toy məclisinə polisin müdaxiləsini izah edib:  Marqarita pizza

“İnzibati Xətalar Məcəlləsinin 189-2-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi məsuliyyətə səbəb olur.

189-2.1.-də deyilir: İctimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə – fiziki şəxslər 1000  manatdan 1500 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 9000 manatadək məbləğdə cərimə edilir.

Daha sonra 189-2.2. Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 5000 manatdan 6000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə edilir. Bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür". 

Vəkil əlavə edib ki, qanunericiliyinə əsasən nikah yaşı 18, istisna hallarda isə 17 yaşdır. Bundan başqa, qanunverilikdə belə bir qayda var ki, 16 yaşı tamam olmuş şəxslər zorakılıq yoxdursa, şəxsin razılığı daxilində tərəflər cinsi münasibətə daxil ola bilər”.

Xatırladaq ki, Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimələnib.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib.

Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bəyin atası Cavanşir Cümşüdov Baku TV-yə bildirib ki, qanunvericilikdə 18 yaşı tamam olmamış şəxslərin ailə qurmasının qadağan olunduğundan xəbərsiz olub. O qeyd edib ki, toydan öncə heç kim ona bu barədə xəbərdarlıq etməyib.

Yeri gəlmişkən, Cavanşir Cümşüdov 2-ci qrup əlildir.

Azərbaycanda daha öncə oxşar hadisə baş verib. Amma Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində 15 yaşlı Nəzrin Babayeva 36 yaşlı axund Turab Tahirovla könüllü qaçdığını bildirmişdi.

Qız 16 yaş və yuxarıdırsa, həmçinin cinsi əlaqəyə könüllü razılığı varsa, bu, cinayət tərkibi yaratmır.

İctimai diqqəti cəlb edən əsas məsələ şadlıq evlərinin bu məsələdə roludur. Müzakirələrdə daha çox bu hallanır: Toy məclisinin keçirilməsi üçün şadlıq evinin inzibatçısı ilə söhbət aparan valideynlərdən rəsmi kəbin sənədi tələb olunmalıdırmı?

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri