Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Toy edən, nişan keçirən, doğum gününü qeyd edən şəxslərin çoxunu məclis keçirdiyi məkanın mətbəxi, yeməklərinin keyfiyyəti ilə yanaşı, pul ödənişi ilə bağlı qəbz ala bilməməsi də narahat edir.
Ən azı 200-250 nəfərin iştirak elədiyi toy məclislərinin keçirildiyi restoranların əksəriyyəti ödənişlə bağlı qəbz vermir.
Bu məsələ tez-tez sosial şəbəkələrdə gündəmə gəlsə də, dəyişiklik yoxdur.
Halbuki "Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən şadlıq evləri də vergi ödəyicisi hesab olunur.
Bu günlərdə müğənni Nura Suri də sözügedən mövzuda status paylaşmışdı: “Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə?
Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz.
Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?” Cərimə gözləyir...