Icma.az
close
up
RU
Şadlıq saraylarına XƏBƏRDARLIQ Çek verməkdən imtina etsələr...

Şadlıq saraylarına XƏBƏRDARLIQ Çek verməkdən imtina etsələr...

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toy edən, nişan keçirən, doğum gününü qeyd edən şəxslərin çoxunu məclis keçirdiyi məkanın mətbəxi, yeməklərinin keyfiyyəti ilə yanaşı, pul ödənişi ilə bağlı qəbz ala bilməməsi də narahat edir.

Ən azı 200-250 nəfərin iştirak elədiyi toy məclislərinin keçirildiyi restoranların əksəriyyəti ödənişlə bağlı qəbz vermir.


Bu məsələ tez-tez sosial şəbəkələrdə gündəmə gəlsə də, dəyişiklik yoxdur. Halbuki "Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən şadlıq evləri də vergi ödəyicisi hesab olunur.
 

Bu günlərdə müğənni Nura Suri də sözügedən mövzuda status paylaşmışdı:  “Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?”

Cərimə gözləyir...


Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki,  xidmət göstərən, iş görən hər kəs qəbz  verməlidir:

“İctimai iaişə xidməti göstərən hər bir obyekt çek verməyə borludur. Vermirsə, bu, vergidən yayınmadır. Şadlıq evləri ictimai iaşə obyekti sayılır. Buna görə digər ictimai iaşə obyektlərində olduğu kimi şadlıq evləri də vətəndaşlara çek verməlidir. Vergidən yayınmaya görə Dövlət Vergi Xidməti çek verməyənləri cərimə etməlidir, ödənilməyən vəsait ehtimal edilən məbləğə görə hesablanıb onlardan tutulmalıdır”.

Vəkil bildirib ki, vətəndaş da bu məsələdə tələbkar olmalıdır:
 

“Vətəndaş bununla bağlı çeki tələb etməlidir. Əgər verməzsə, o zaman vergi xidmətinə şikayət etməlidir. Bu barədə Vergi Məcəlləsində cəza nəzərdə tutulub. Birincisi, həmin obyekt  məbləğ üzrə tam vergini ödəməlidir. Bu hal təkrarlanarsa, cinayət işi də açıla bilər”.


“Şadlıq evi çek vermirsə...”
 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da şadlıq evlərində istehlakçı hüquqlarının bu şəkildə pozulmasının geniş yayıldığını bildirib:


"Biz hər dəfə toy eləmək üçün şadlıq sarayı seçən istehlakçılara deyirik ki, ilk olaraq onların mətbəxinə baxmağa cəhd edin. Görün təmizlik nə vəziyyətdədir? Əgər orda köhnə yemək qalıbsa, həmən üzünüzü çevirin, ordan gedin.

İkinci problem də çek məsələsidir. Çox zaman restoranın pulu gecə ödənilir, onlar da heç bir sənəd vermir. Bu, çox geniş yayılmış bir məsələdir. Düşünürəm ki, Vergi Xidməti bu məsələni həll etməlidir. Eləcə də, Nazirlər Kabineti bir müqavilə forması tərtib etməlidir və bir çox məsələlər orda əks olunmalıdır. Zəhərlənmələrin baş verməməsi üçün qalmış yeməklərin hara, kimə verilməsi orda əks olunmalıdır. Eləcə də çekin verilməsi məsələsi də burada nəzərə alınmalıdır”.

Mütəxəssis bildirib ki, istehlakçılar da bu məsələdə ayıq-sayıq olmalıdırlar: “Hansı şadlıq evi çek vermirsə, ishehlakçılar onların xidmətindən istifadə etməməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri