Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat | Icma.az
Icma.az bildirir, News24 saytına əsaslanaraq. Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlər
Bakıdakı şadlıq saraylarının qiymətləri adətən yüksəkdir və bu, həm toy evinin, həm də dəvət olunan qonaqların xərcinin artmasına səbəb olur
Əvvəllər bir nəfər toya gedib 50 manat pul yazdırıb iştirak edirdisə, günümüzdə 100 manatdan aşağı nəmər verənə pis baxırlar.
Bəs, toy sahibləri bu qədər xərcin arasında şadlıq sarayına nə qədər ödəniş etməli olur?News24.az Lent.az-a istinadən xəbər verir ki, Bakıdakı bəzi şadlıq evlərinin menyu qiymətləri barədə araşdırma aparılıb.Məlum olub ki, şəhərin mərkəzi hissələrində olan şadlıq saraylarında fantastik qiymətlər hökm sürür.
Əksər bahalı toy məkanları isə Nizami rayonu ərazisində yerləşir.
100-200 AZN arasında dəyişən menyu qiymətlərindən nə toy sahibinə xeyir, nə də qonaqda əylənmək üçün yaxşı əhval-ruhiyyə qalır.
Hələ 250 AZN-dən başlayan qiymətə menyular da var… Elə sözügedən ərazidə yerləşən bu şadlıq sarayında menyu dəyəri 400 AZN-ə kimi yüksəlir.Mərkəzdən bir qədər uzaqda 55-60 AZN-dən başlayan qiymətə toyunuzu etmək üçün münasib yer tapa bilərsiniz.
Kənar yerlərdə belə “dodaq uçuqladan” dəyərdə menyulara rast gələ bilərsiniz.
Tam oxu
Xəbəri oxu