Icma.az
close
up
RU
Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat

Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıdakı şadlıq saraylarının qiymətləri adətən yüksəkdir və bu, həm toy evinin, həm də dəvət olunan qonaqların xərcinin artmasına səbəb olur. Əvvəllər bir nəfər toya gedib 50 manat pul yazdırıb iştirak edirdisə, günümüzdə 100 manatdan aşağı nəmər verənə pis baxırlar. Bəs, toy sahibləri bu qədər xərcin arasında şadlıq sarayına nə qədər ödəniş etməli olur?

News24.az Lent.az-a istinadən xəbər verir ki, Bakıdakı bəzi şadlıq evlərinin menyu qiymətləri barədə araşdırma aparılıb.

Məlum olub ki, şəhərin mərkəzi hissələrində olan şadlıq saraylarında fantastik qiymətlər hökm sürür. Əksər bahalı toy məkanları isə Nizami rayonu ərazisində yerləşir. 100-200 AZN arasında dəyişən menyu qiymətlərindən nə toy sahibinə xeyir, nə də qonaqda əylənmək üçün yaxşı əhval-ruhiyyə qalır. Hələ 250 AZN-dən başlayan qiymətə menyular da var… Elə sözügedən ərazidə yerləşən bu şadlıq sarayında menyu dəyəri 400 AZN-ə kimi yüksəlir.

Mərkəzdən bir qədər uzaqda 55-60 AZN-dən başlayan qiymətə toyunuzu etmək üçün münasib yer tapa bilərsiniz. Kənar yerlərdə belə “dodaq uçuqladan” dəyərdə menyulara rast gələ bilərsiniz. Məsələn, Buzovna ərazisində yerləşən bir şadlıq sarayında menyu 120 AZN-dən başlayır. 

Şadlıq saraylarından əməkdaşımıza bildirilib ki, bu qiymətlər əsasən menyuya görə dəyişir. Şadlıq saraylarının dəyərini içki və ərzaq qiymətləri formalaşdırır. Bu məhsulların bahalaşması toy evinin bütün xərclərini artırır. 

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, son zamanlarda şadlıq saraylarında bahalaşma müşahidə olunur: 

“Pandemiyadan sonrakı dövrdə bu qiymət artımı daha çox gözə çarpır. Buna səbəb qida məhsullarının qiymətinin, icarə haqlarının artması, işçi qüvvəsinin məvacibinin yüksəlməsi və s. ola bilər. Maaşların artması həm sosial-iqtisadi inkişafımıza müsbət təsir göstərən, həm də həmin müəssisələrin satdıqları xidmətin maya dəyərinin yüksək olmasına səbəb olan bir amildir".

“Fikrimcə, bəzi ənənələrdə dəyişiklik etmək lazımdır ki, israfçılıqdan uzaq duraq. Toyun xərcləri yalnız iaşə xidmət ilə məhdudlaşmır. Buraya foto-video çəkilişlər, müxtəlif animasiyalar, gül-çiçək, nikahın rəsmiləşdirilməsi, rəqslər, avtomobil icarəsi və digər şeyləri də əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket qiymətlərinə təsir edir”, - deyə o əlavə edib.

Samir Dübəndi qeyd edib ki, bugünkü gündə şadlıq saraylarında  “table d’hote” (hərfi mənası "ev sahibi masası"-red.) xidmət növü tətbiq olunur: 

“Yəni, sifarişçi tərəfindən öncədən menyu seçimi olur və daha sonra həmin yeməklər hazırlanır. Bu halda porsiya üzrə xidmət göstərilmir. Qalan yeməklər bir çox hallarda atılır. Bir sözlə, israfçılıq halları baş verir.

Ən yaxşı halda əlavə qalan yemək və içkiləri işçilərə vermək olar. Biz toy məkanlarında mövcud olan xidmət növünü dəyişə bilsək, həm israfçılıqdan, həm də əlavə xərclərdən yaxa qurtara bilərik. Bunun üçün də həmin müəssisələrdə çalışan masa xidmətçilərinin, eyni zamanda onlara rəhbərlik edən menecmentin bilik və bacarıqlarını artırmaq lazımdır”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri