Safranko ayağını qırdığı Marandiçini ziyarət etdi

09.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah"ın futbolçusu Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi "Turan Tovuz"un futbolçus Denis Marandiçini ziyarət edib.

QOL.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində  keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb.

Slovakiyalı hücumçunun qüvvətli zərbəsi topa deyil, Marandiçinin arxadan topuq nahiyəsinə dəyib. 

Safranko Marandiçini xəstəxanada ziyatət edib. O, bununla bağlı şəkli öz İnstaqram hesabında paylaşıb və yazıb: "Sənə tez sağalmağı arzuluyarım, döyüşçü".

Qeyd edək ki, Denis Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir neçə ay meydana çıxa bilməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью