Safranko ayağını qırdığı Marandiçini ziyarət etdi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sabah"ın futbolçusu Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi "Turan Tovuz"un futbolçus Denis Marandiçini ziyarət edib.
QOL.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb.
Slovakiyalı hücumçunun qüvvətli zərbəsi topa deyil, Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.
Safranko Marandiçini xəstəxanada ziyatət edib. O, bununla bağlı şəkli öz İnstaqram hesabında paylaşıb və yazıb: "Sənə tez sağalmağı arzuluyarım, döyüşçü".
Qeyd edək ki, Denis Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir neçə ay meydana çıxa bilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Dekabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















