Şagirdlər “Azərbaycanfilm” kinostudiyasına ekskursiya ediblər | Icma.az
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq. Bu gün XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 3-cü sinif şagirdləri “Azərbaycan
Gununsesi.info xəbər verir ki, kinostudiyanın Aparat rəhbəri Azad Axundov şagirdlərə sənət ocağı haqqında məlumat verib.
“Azərbaycanfilm” kinostudiyasını Azərbaycan mədəniyyətinin milli sərvəti adlandıran aparat rəhbəri onlara çəkiliş prosesindən də söhbət açıb.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ramilə Qurbanlı Azərbaycan kinosunun və “Azərbaycanfilm”in tarixindən danışıb.
Sonra birlikdə kinostudiyaya ekskursiya həyata keçirilib. Uşaqlar “Azərbaycanfilm”in pavilyonları, geyim və rekvizit sexləri ilə tanış olubl
Sevdikləri kinoların və cizgi filmi personajlarının geyimləri, rekvizitləri uşaqlar tərəfindən maraqla qarşılanıb.
Kinostudiyanın işçiləri şagirdlərin kino və çəkilişlər barədə müxtəlif suallarını cavablandırıblar.
Balaca qonaqlar səsyazma otağında xorla mahnı oxuyub və sonra öz səslərini dinləyiblər.
Tam oxu
Xəbəri oxu