Icma.az
close
up
RU
Şagirdlər “Azərbaycanfilm” kinostudiyasına ekskursiya ediblər

Şagirdlər “Azərbaycanfilm” kinostudiyasına ekskursiya ediblər

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bu gün XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 3-cü sinif şagirdləri “Azərbaycanfilm”  kinostudiyasında olublar.

Gununsesi.info xəbər verir ki, kinostudiyanın Aparat rəhbəri Azad Axundov şagirdlərə sənət ocağı haqqında məlumat verib.  “Azərbaycanfilm” kinostudiyasını Azərbaycan mədəniyyətinin milli sərvəti adlandıran aparat rəhbəri onlara çəkiliş prosesindən də söhbət açıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ramilə Qurbanlı Azərbaycan kinosunun və “Azərbaycanfilm”in tarixindən danışıb.

Sonra birlikdə kinostudiyaya ekskursiya həyata keçirilib. Uşaqlar “Azərbaycanfilm”in pavilyonları, geyim və rekvizit sexləri ilə tanış olublar. Sevdikləri kinoların və cizgi filmi personajlarının geyimləri, rekvizitləri uşaqlar tərəfindən maraqla qarşılanıb.

Kinostudiyanın işçiləri şagirdlərin kino və çəkilişlər barədə müxtəlif suallarını cavablandırıblar. Balaca qonaqlar səsyazma otağında xorla mahnı oxuyub və sonra öz səslərini dinləyiblər.

Dövlət Film Fondunun əməkdaşı Rəşad Qasımovun filmlərin saxlanma qaydası barədə məlumatından sonra məktəblilərə “Baharın oğurlanması” cizgi filmi nümayiş etdirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see157

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri