Sağlam qidalanma və qanazlığı arasında əlaqə nədir?

28.01.2025

Icma.az, Saglamolun saytına istinadən bildirir.


NAZİRLİYİN EKSPERTİ AÇIQLAYIR

Payız-qış mövsümündə meyvə-tərəvəzlərdə olan bir çox vitamin və mikroelementlər ilə qanazlığı aradan qaldırmaq olar.

Bunlardan ən vacibləri dəmir elementi, sianokobolamin (vitamin B12) və Fol turşusudur (vitamin B9). Təbiətdə bunların hər biri bitki və heyvani mənşəli qidalarda rast gəlinir.

Əlbəttə ki, hər bir meyvə-tərəvəz öz mövsümünə uyğun olaraq istifadə edilməlidir.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova sehiyye.gov.az saytına müsahibəsində deyib.

Vitamin B9 ilə zəngin olan qidalara

Ispanaq, pazı kimi yaşıl yarpaqlı tərəvəzlər Avokado Kələmdən müxtəlif növlər Nar Portağal və digər sitrus meyvələri Lobya, noxud, mərcimək aiddir.

Vitamin B12 isə, əsasən heyvan mənşəli qidalarda tapılır, məsələn:

Ət (xüsusilə qırmızı ət) Balıq Yumurta Süd və süd məhsulları

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova sağlam olmayan  qidalanmanın qan azlığına təsirindən də danışıb.

Balanslaşdırılan qidalanma sağlam yaşamın təməl daşıdır. Zülal, karbohidrat, yağ tərkibli, eləcə də vitamin və mineral ehtiyacını qarşılayan qidalanma immun sistemi gücləndirir, bir çox xəstəliyin qarşısını alır. Bu səbəbdən də kiçik yaşlardan etibarən gündəlik qidalanma vərdişlərinə fikir vermək vacibdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью