Sağlamlığa ziyan vuran geyimlər | Icma.az
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.
Belə ziyanlı paltarların arasında: - Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər.
Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.
- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır.
Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.
- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir.
İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.
Tam oxu
Xəbəri oxu