Icma.az
close
up
RU
Sağlamlığa ziyan vuran geyimlər

Sağlamlığa ziyan vuran geyimlər

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.

Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

- Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər "gözəllik qurban tələb edir". Lakin bu halda qadın öz sağlamlığını qurban verir - daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.

- Dar cins şalvarları və beldən aşağı olan şalvarlar sidik kisəsinin, bağırsaqların, qadınlarda və kişilərdə cinsiyyət sisteminin fəaliyyətinə çox mənfi təsir edir, bu orqanların qanla təchiz olunmasını pozur, varikoz xəstəliyin inkişafına təkan verir.

- Kişilərdə dar və xüsusilə sintetik alt paltarlar cinsiyyət orqanların qanla pis təchiz olunmasına səbəb olur ki, bu nəticədə spermatogenezin (spermatozoidlərin hazırlanması) pisləşməsinə, bu sahədə inkişaf edən müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.

- Boğazı çox hündür və dar olan "vodolazka"lar qalxanvari vəzi üçün ziyanlıdır.

- Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə "şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu müxtəlif pozulmalara yol açır.

- Lakin dabanı olmayan ayaqqabılar da ayaqlar üçün ziyanlıdır. Belə ayaqqabılar müxtəlif pəncə problemlərinə səbəb olur. Həkimlər hündürlüyü təxminən 2-3 sm olan enli dabanlı ayaqqabılar geyinmək tövsiyə edir.

- Bel nahiyəsini açıq saxlayan qısa kurtkalar da çox ziyanlıdır (xüsusilə soyuq havada). Belə kurtkalar bel və böyrəklərin iltihabına təkan verə bilər. Soyuq havada uzun kurtkaları geyinmək lazımdır.

- Soyuq havada qısa yubkalar geyinən qadınlarda cinsiyyət sistemi iltihabların riski olduqca artmış olur. Bu isə gələcəkdə sonsuzluğa gətirib çıxarda bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri